Qadının ata bağlanaraq döyülməsi ilə bağlı araşdırma başladı - RƏSMİ

15:27 10-10-2019 6

Daxili İşlər Nazirliyi Goranboyda qadının ata bağlayaraq döyülməsinə münasibət bildirib.

DİN mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə HerGun.Az-a açıqlamasında bildirib ki, ailələr arasında əvvəllər də münaqişə olub:

“Məsələ barədə hər iki ailə DİN-in “102” çağrı xidmətinə zəng edib və hadisə barədə məlumat veriblər. Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramov bildirib ki, Filduz Dəmirova və övladları həyat yoldaşını döyüblər. 

S.Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

“Məsələ barədə Goranboy Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır. Hər iki tərəfin izahatı alınıb. Sahilə Ələkbərova bildirib ki, S.Ələkbərova atı apararkən zaman onu döyüblər. 

Sahilə Ələkbərovanın aldığı xəsarətlə bağlı Məhkəmə Tibbi Ekspertizanən rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi qeyd edib.

İlhamə Əbülfət