Azərbaycanlı müğənni Rusiyanın efirində “dolma” bişirdi - VİDEO

17:54 10-10-2019 713

Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Emil Kadırov rus tamaşaçılarını təəccübləndirib. O, Rusiya telekanalında qatıldığı mətbəx şousunda Azərbaycan mətbəxinin ən məşhur yeməklərindən biri olan “üç bacı” dolmasını bişirib.

HerGun.Az xəbər verir ki, ifaçı verilişdən olan görüntüləri “Instagram” hesabında izləyicilərlə bölüşüb.

Veriliş zamanı Kadırov Rusiya tamaşaçılarına hazırladığı yeməyin reseptini bölüşərək, bu sözləri yazıb.

“İnna Lisovskaya ilə birgə hazırlanan “üç bacı”... Fikrimcə, çox dadlı və ən əsası əyləncəli oldu. Anama verdiyi məsləhətə və çəkilişdən öncə videoreseptləri üzərində bişirməyi öyrəndiyim məşhur virtuoz aşpaz Stalik Xankişiyevə təşəkkür edirəm” .

Qeyd edək ki, Emil Kadırov Rusiyanın ən populyar layihəsi olan “Səs” musiqi yarışmasının dördüncü mövsümünün iştirakçısı olub. O, rus estradasının korifey sənətçisi Aleksandr Qradskinin komandasına qoşulub, müsabiqənin dörddəbir finalına qədər yüksəlib.

Hazırda Emil Kadırov “Qradskiy Hall”  teatrının solistidir. O, Rusiya və MDB ölkələrində fərqli  repertuarla çıxış edir.