“Maşın” daha iki məşhurun münasibətlərini korladı - VİDEO

01:18 11-10-2019 9

“Maşın”da müğənnilər Niyam Səlami ilə Türkan Vəlizadə arasında çaxnaşma düşüb.

HerGun.Az xəbər verir ki, Türkan şouda Niyama səslənərək, onu hədələyib: 

“Özümü indidən sığortalamaq istəyirəm. Hədəf mənəmsə açıq oyun oynayaq, qorxum da əsla yoxdur. Səs toplayıb qalacağam, toplamadığım halda isə gedəcəyəm. Hamı ilə normal şəkildə sağollaşacağam. İnanmıram ki, Niyam belə bir addım atar. Əgər məni çıxartsa, onu silərəm. Niyam, sən tribunaya çıxıb, on dəqiqə qalmış mənim adımı çəkə bilməzsən. And olsun Allaha, əlimi götürərəm. “Ayıb olsun sənə” deyib, oyunu tərk edərəm”.

Niyam isə Türkanın bu çıxışına sərt şəkildə cavab verib: 

“Ola bilər, oyunun sonuna yaxın iştirakçılardan kimsə mənim şərəf və layəqətimə uyğun olmayan bir sözlə çıxış edər, həmin an gözüm dönər, başım xarab olar, əlimə alıb...” 

Rəşad Əliyev