Bayılda avtomobil qadını vuraraq öldürüb
06:09 11-10-2019 422
Səbail rayonunda avtomobil 40-45 yaşlı qadını vurub.
HerGun.Az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən və şəxsiyyəti hələlik naməlum olan təxminən, 40-45 yaşlı qadını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu