Bakıda 14 yaşlı qıza hücum etdilər

10:09 11-10-2019 405

Xəzər rayonunda 14 yaşlı qız iki nəfər tərəfindən döyülüb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 14 yaşlı Səbinə Səfərova qəsəbə ərazisində iki naməlum şəxsin hücumuna məruz qalıb.

O, iki nəfər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıb. 

Hadisəni törədən şəxslər axtarılır.