Çili Amerika Kubokunun yarımfinalına vəsiqə qazandı

08:27 29-06-2019 1776

Braziliyanın San-Paulu şəhərində Amerika Kuboku – 2019-un 1/4 final oyununda Çili və Kolumbiya yığmaları qarşılaşıb.

Matç zamanı iki qol vurulsa da, oyunun əsas hissəsi 0:0 hesabı ilə başa çatıb. Belə ki, görüşün baş hakimi Nestor Pitana Kolumbiya yığmasının qapısından keçirilmiş iki qolu videotəkrardan sonra ləğv edib.

Məlum olub ki, birinci halda Çili yığmasının hücumçusu Sançes ofsaytdan, ikinci halda isə Vidalya əllə oyundan sonra qol vurmuşdu. 

Oyunsonrası penalti seriyasında isə Çili millisi qələbə əldə edib.

Qeyd edək ki, Çili yığması növbəti raundda Uruqvay və Peru görüşünün qalibi ilə qarşılaşacaq. Daha öncə isə Braziliya və Argentina milliləri yarımfinala vəsiqə qazanıblar.