Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınması gecikir

12:36 11-10-2019 391

Birbaşa bizdən asılı olmayan səbəblərdən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınması gecikir. 

HerGun.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Cavid Qurbanov məlumat verib.

C.Qurbanovun sözlərinə görə, hazırda Azərbaycan bu məsələlərdə qonşu ölkələrə yardım edir:

“Əslində, biz tam hazırıq. Amma bəzi bizdən asılı olmayan səbəblər var, məsələn, gürcülər və türklərin bu qatarları aparmağa özlərinin lokomotivləri yoxdur, onlarda tormoz sistemləri yoxdur. Bu istiqamətdə danışıqlar bu gün də davam etdirilir. Biz də çalışırıq ki, onlara kömək edək”.

C.Qurbanov Qəbələ istiqamətində dəmiryolunun çəkilişində müəyyən yubanmaların olduğunu diqqətə çatdırıb:

“Qəbələdə bizim işlər davam edir. Bir az problemimiz oldu və prezidentə müraciət etməklə, onun köməyi ilə həll olundu. Yəqin ki, bu yaxınlarda işlər daha da intensivləşəcək. Ümumilikdə 43-46 km-lik torpaq işini 2019-cu ilin sonuna qədər yerinə yetirəcəyik”.

Könül Cəfərli