“Barbie”yə bənzəmək üçün sərvət xərcləyir

14:00 11-10-2019 492

İsveç sakini, 19 yaşlı Stefani Myulik “Barbie” gəlinciyinə bənzəmək üçün plastik əməliyyatlara ildə 28 min manatdan çox pul xərclədiyini etiraf edib.

Anası kosmetoloq olan Myulik ilk dəfə 13 yaşında dodağını böyütdürüb və o vaxtdan bəri mütəmadi olaraq kosmetoloq və plastik cərrahların xidmətinə müraciət edir.

Hər zaman burnuna görə utanan qız, sevgilisinin burnunun gözəlliyini korladığını deməsindən sonra təkcə burnunu deyil, dodaqlarını, çənəsini, yanaqlarını, qaşlarını və dişlərini də dəyişdirib.

Daim pariklər və taxma kipriklərdən istifadə edən Myulik idmanla da mütəmadi olaraq məşğul olur. Nəticədə o, gəlincik quruluşuna sahibdir və gəlincik kimi görünür.

Görünüşündən razı olan Myulik gələcəkdə də plastik əməliyyatlar etdirəcəyini deyib. Onun sözlərinə görə, bu, onun özgüvənini artırır.