Bakıda səfirin sürdüyü avtomobil qəzaya düşdü

16:36 11-10-2019 407

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

Report-un xəbərinə görə, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW markalı avtomobil Şükür Soltanovun idarə etdiyi “Toyota” ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.