Gəncədə torpaq davası: ov tüfəngi ilə qonşusunu öldürdü

17:00 11-10-2019 577

Gəncə şəhərində qətl hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Dəmiryol ərazisi” adlanan yerdə qeydə alınıb.

Belə ki, şəhər sakini Akif İsmayılovla qonşusu arasında torpaq üstündə mübahisə yaranıb. 

Nəticədə, A.İsmayılov ov tüfəngi ilə qonşunu öldürüb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.