Ara məsafəsini gözləmədi, “Mercedesi” arxadan vurdu - FOTO

01:18 12-10-2019 411

Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, qəza Ziya Büynadov prospektində qeydə alınıb.  

Belə ki, prospektində hərəkətdə olan “Mercedes Vito” markalı nəqliyyat vasitəsi anidən dayanıb. 

Arxadan yüksək sürətlə gələn “Seat Toledo” markalı minik avtomobili “Mercedes”ə çırpılıb.  

Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.  

Əraziyə Yasamal Rayonu üzrə DYP əməkdaşları cəlb edilib.  

Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu