Samuxda 52 yaşlı kişini maşın vurdu

02:54 12-10-2019 467

Samux rayonunda yolu keçmək istəyən şəxsi maşın vurub.  

HerGun.Az xəbər verir ki, 52 yaşlı Ulikbek Şamxəlil oğlu Həsənov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. 

Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma başlanılıb.