ABŞ-da “Oskar” laureatı həbs olundu - VİDEO

05:27 12-10-2019 576

Vaşinqtonda Hollivud aktrisası Ceyn Fonda etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. 

“BBC News”un verdiyi məlumata əsasən,  81 yaşlı məşhur “Oskar” mükafatı laureatı iqlim dəyişikliyi əleyhinə mitinqə çıxıb.

16 yaşlı isveç məktəblisi Qreta Tunberqin təklifindən sonra, bu tədbirlər cümə günləri dünyanın əksər şəhərlərində keçirilir.

Fonda ilə birlikdə daha 15 nümayişçi saxlanılıb.