“Maşın” növbəti gecə: Kim gedəcək, kim qalacaq?

22:36 12-10-2019 542

MGP-nin ərsəyə gətirdiyi, ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin on ikinci efir həyacanı start götürüb. 

HerGun.Az xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda altı məşhur, yəni dörd xanım və iki bəy avtomobil uğrunda mübarizəni davam etdirir.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.  

Beləliklə, bu gecə aparıcı Zümrüd Qasımova və müğənni Ramal İsrafilovun şəkli iki dəfə qutuya atılıb. 

İkisindən birinin tribunaya çıxması üçün onlara gün ərzində canlı efir öncəsi gələn smslərin səs faizi açıqlanıb.  

Nəticədə, Zümrüdə gün ərzində səs gəlmədiyi üçün o, tribunaya çıxaraq, şouda qalmaq üçün tamaşaçılardan səs istəyib:  

“Həyatımın ən çətin günlərində tək mübarizə aparmışam. Əgər məni şouda görmək istəyirsizsə, mənə səs yollayın. Bu maşın mənə çox yaraşır və qalib olub avtomobili udmaq istəyirəm”.  

Rəşad Əliyev