Lalənin dünənki seçimi “Maşın”dakıları şoka salıb: Beş illik dostunu çıxarmalı deyildi - VİDEO

23:09 12-10-2019 601

Teleməkanın ən səs-küylü layihəsi “Maşın” şousu altı iştirakçı ilə davam edir.  

Ötən gün aparıcı Lalə Mustafayevanın “sağ göstərib, sol vurub” Türkan Vəlizadəni oyundan kənarlaşdırması iştirakçıların arasında söz-söhbət yaradıb.  

Müğənni Ramal Hüseynov Baku Tv-yə açıqlama verərək bildirib ki, Lalə beş il dostu olduğu insanı çıxarmalı deyildi.  

Aparıcının bu hərəkəti Niyam Salaminin də xoşuna gəlməyib: 

“Hamımız şokda idik, istədim gedəm üstünə, sonra dedim xanımdı qışqıraram özündən gedər, deyərlər Niyam etdi”.  

Zümrüd Qasımova isə, həmkarına haqq qazandırıb: “Hər kəs öz oyununu oynayır”.