Ceyhun Bayramov yeni rəis təyin etdi

03:18 13-10-2019 414

Tovuz rayon Təhsil Şöbəsinə yeni rəis təyin edilib.

HerGun.Az bildirir ki, təhsil naziri Ceyhun Bayramovun əmri ilə Elmira Mürşüdlü Tovuz rayon Təhsil Şöbəsinin rəisi təyin edilib. 

E. Mürşüdlü daha öncə Aşağı Quşçu kənd 1 nömrəli  tam orta məktəbində direktor vəzifəsində çalışıb. Yeni rəis Validə Hüseynovanı əvəz edib.