Polşada parlament seçkiləri keçirilir

03:45 13-10-2019 410

Polşada bazar günü növbəti parlament seçkiləri baş tutacaq.

TASS bildirir ki, ölkə sakinləri Seymə - parlamentin aşağı palatasına 460 deputat və yuxarı palataya 100 senator seçməlidirlər.

Seymdəki yerlər üçün 5112, senatorluq vəzifələri üçün isə 278 namizəd mübarizə aparır. Parlamentin aşağı palatasına seçkilər proporsional sistem üzrə, yuxarı palataya birmandatlı seçki dairələri üzrə keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq və saat 21:00-da bağlanacaq. Bundan başqa, polyaklar seçki məntəqələrinin fəaliyyət göstərəcəyi başqa ölkələrdə də səs verə biləcəklər.