Qubada gənc tikinti zamanı uçan hasarın altında qalaraq ölüb

08:18 13-10-2019 559

Qubada bədbəxt hadisə zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə rayonun Alpan kəndində baş verib.

1998-ci il təvəllüdlü Səxavət Səfərov yaşadığı evin daş hasarını tikib. S.Səfərov iş görən zaman daş hasar uçaraq onun üzərinə düşüb. Ağır xəsarət alan S.Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır.