Yaponiyada qasırğa nəticəsində ölənlərin sayı artır - VİDEO

12:45 13-10-2019 664

Yaponiyada “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 19-a çatıb. Bundan başqa 16 nəfərin itkin düşməsi haqqında məlumat var.

Bu barədə “Kiodo” agentliyi məlumat yayıb.

Qeyd edək ki, qasırğa şənbə günü Yaponiyanın Honsyu adalarında və İdzu yarımadasında müşahidə edilib.