Yol polisindən Bakı-Sumqayıt yolu ilə bağlı açıqlama - FOTO/VİDEO

14:27 13-10-2019 443

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə təmir işləri davam etdirilir.

Bu barədə HerGun.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib. O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb: 

“Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd olunan ərazidə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır”.