“Mersedes” komandası ardıcıl olaraq 6-cı dəfə Konstruktorlar kubokunu əldə edib

17:27 13-10-2019 487

Bu il də “Formula-1”də “Mersedes” komandası Konstruktorlar kubokunu qazanıb.

Yaponiyada keçirilən Qran-pridə “Mersedes” pilotları 1-ci və 3-cür yerləri tutmuş Valtteri Bottas və Luis Hemilton ümumilikdə 41 xal toplayaraq yaxın izləyiciləri olan “Ferrari” komandası üçün əlçatmaz olublar.

Qeyd edək ki, “Ferrari”də Sebastyan Fettel 2-ci, Şarl Lekler isə 6-cı yeri tutublar.

Bununla da alman komandası 6-cı dəfə ardıcıl olaraq Konstruktorlar kubokunu əldə edir.