Şamaxıda traktor vuran qadının vəziyyəti ağırdı

21:54 13-10-2019 343

Şamaxıda traktor piyadanı vurdu.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. 

Rayon sakini, 1950-ci il təvəllüdlü Cəbiyeva Soltannisə Teyyub qızı yolu keçərkən onu traktor vurub.  

O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Həkimlər S.Cəbiyevanının vəziyyətini orta ağır qiymətləndirir.  

Hazırda onun cərrahiyə şöbəsindən müalicəsi davam etdirilir.  

Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.  

Rəşad Aydın