Millimizin təmiz qolunu saymayan hakim üzr istədi

00:00 14-10-2019 551

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.  

“Report”un Budapeştə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.  

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb. Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.