Aeroport yolunda qəza: çınqılla yüklü “Schacman” işıq dirəyinə çırpıldı - FOTO

01:54 14-10-2019 449

Bakıda yük maşını işıq dirəyinə çırpılıb. 

HerGun.Az xəbər verir ki, hadisə aeroport yolunda baş verib. 

Məmmədov Kamal Mirzə oğlunun idarə etdiyi “Schacman” markalı, çınqılla dolu yük maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb. 

Sürücü açıqlamasında bildirib ki, hərəkət zamanı mühərrik qəfil söndüyü üçün avtomobili idarə edə bilməyib. 

Zərbənin təsirindən işıq dirəyi aşıb, yük maşınına ciddi zərər dəyib. 

Ətrafa yanacaq dağıldığı üçün dərhal əraziya yanğından mühafizə bölməsinin yanğınsödürmə briqadası cəlb olunub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.