8 yaşlı avstraliyalı nəhəng köpəkbalığını tilovla ovladı – FOTO/VİDEO

06:27 14-10-2019 584

Avstraliyada 8 yaşlı Djeyden Millauro 314 kiloqramlıq köpəkbalığını ovlayaraq dünya rekordunu yeniləyib.

REN” xəbər verir ki, uşaq köpəkbalığını tilovla ovlamağa müvəffəq olub.

Məktəbli çəkisinin cəmi 40 kiloqram olmasına baxmayaraq, özündən 8 dəfə ağır olan nəhəng balığı sudan dartıb çıxara bilib.

"Mən özümü qayığın divarına arxalanaraq tab gətirməyə çalışırdım", - deyə Djeyden bildirib.

Uşaq rəsmi olaraq yeni dünya rekordçusi ola bilər. Dünyada ən böyük köpək balığının tutulması üzrə hazırkı rekordu Yan Hissi əldə edib. O, 1997-ci ildə 312 kiloqamlıq köpək balığını tutub.