Futbol oynamaq üçün evdən gedən 14 yaşlı oğlan itkin düşdü

09:54 14-10-2019 495

Lənkəranda 14 yaşlı oğlan itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə Liman şəhərində qeydə alınıb.

Şəhər sakini, 2005-ci il təvəllüdlü Əzizli Anar Həsən oğlu futbol oynamaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun axtarışı ilə bağlı anası polisə mürüciət edib.

Fakt araşdırılır.

Dursun Tağıyeva