Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi

11:18 14-10-2019 382

“Atlas Medical Centre” MMC “Azərsu” ASC-ni məhkəməyə verib. 

HerGun.Az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən klinika əsassız hesablanmış 69336 manat borc məbləğin geri qaytarılmasını istəyib. 

Lakin tərəflərin nümayəndələri göstərilən tarixdə məhkəmə iclasına gəlməyib və işə onların iştirakı olmadan baxılmasını xahiş etməyiblər. 

Məhkəmə klinikanın iddia ərizəsini baxılmamış saxlayıb.