Daha iki veteran güləşçimiz dünya çempionatında fərqlənib

11:27 14-10-2019 462

Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı başa çatıb.

HerGun.Az xəbər verir ki, Musa Mirzəyevin (-130 kq) ardından daha iki yunan-Roma güləşçimiz medal qazanıb.  

Belə ki, müxtəlif yaş qruplarında Məmməd Əliyev (-78 kq) gümüş və Rövşən İsmayılxanlı (-130 kq) bürünc medalla mükafatlandırılıb.

Qeyd edək ki, milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyub. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçib.