Qubada qardaş qardaşın evini soydu - FOTO

12:27 14-10-2019 484

Qubada qardaş qardaşının evindən pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə rayonu Səbətlər kəndində qeydə alınıb.

Kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.   

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.