İlqar Seyidova general-mayor rütbəsi verildi

15:27 29-06-2019 819

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova ali hərbi rütbə verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilib.