Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi

14:54 14-10-2019 370

Vasim müəllimi bütün Azərbaycan sevirdi. 

HerGun.Az xəbər verir ki, bunu akademik Vasim Məmmədəliyevlə vida mərasimində ailə yaxınları adından çıxış edən qardaşı Vamiq Məmmədəliyev deyib. 

O, dünən vəfat edən Vasim müəllimlə son dəqiqələrindən danışıb:

“Mən Vasim müəllimin yanında idim. O, ölümə sinə gələrək vəfat etdi. Onun son anlarında yanında oldum. Necə dözümlü, mübariz insan olduğunu orada da gördüm.

Təəssüf ki, bu gün biz onu son mənzilə yola salırıq. Vasim müəllimi cismani itirdik, amma onun elmi, elm sahəsində qazandığı, miras qoyduqları itmədi, itməyəcək. Atam, anam, bütün ailəmizin fəxri idi Vasim müəllim. O, haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi”.

Könül Cəfərli