Aprel şəhidlərinin övladları “Qarabağ”ın futbolçuları ilə oynadı, nahar etdi - VİDEO

15:45 14-10-2019 516

“Qarabağ” futbol klubu xeyirxah addım atıb. 

HerGun.Az xəbər verir ki, Aprel döyüşləri zamanı şəhid olmuş hərbçilərimizin övladları Ağdam klubunun bazasına dəvət olunub.

Uşaqlar gün ərzində komandanın futbolçuları ilə birgə olub. Onlar oyunçularla futbol oynayıb, birgə nahar edib, şəkillər çəkdirib.