Bakıda səfirlik qarşısında etiraz: “Niderland pendirinə hə, holland hakiminə yox” - FOTO

17:09 14-10-2019 628

Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

HerGun.Az Futbolpress.az-a istinadən xəbər verir ki, onlar ötən gün Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Denis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. 

Fanatlar “Azərbaycan, Azərbaycan” şüarı səsləndirib, pankartlar açıb. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda “Xalımızı geri qaytar”, “Futbol siyasət deyil”, “Qolu vermədiyiniz üçün “çox sağ ol”, “Niderland pendirinə hə, holland hakiminə yox”, “Ədalətsiz qərar” yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib.