Qubada evdə partlayış - Bir ailə xəstəxanalıq oldu

16:18 29-06-2019 835

Quba rayonunda yaşayış evində partlayış olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün rayonun Amsar kəndində baş verib.

Kənd sakini, 33 yaşlı İsa Nuriyevə məxsus evdə qaz balonunun partlaması nəticəsində ailə başçısı, onun həyat yoldaşı - 29 yaşlı İlahə Nuriyeva və övladları - dörd yaşlı Ömər və Zeynəb müxtəlif yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu