Qaxda zəncirvari qəza: yeddi maşın toqquşdu - FOTO

20:27 14-10-2019 612

Qaxda zəncirvari yol qəzası baş verib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində yeddi avtomobil bir-biri ilə toqquşub. 

Bunlardan ikisi yük, beşi isə minik avtomobilidir. 

Hadisə nəticəsində yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Zeynalov Ceyhun müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.