Səudiyyə orkestri Putinin qarşısında Rusiya himnini alt-üst etdi – VİDEO

02:54 15-10-2019 697

Səudiyyə Ərəbistanının kral orkestri rəsmi qəbulda Rusiya himnini düzgün ifa etməyib.

RT xəbər verir ki, hadisə Rusiya prezidenti Vladimir Putinin Ər-Riyada rəsmi səfəri zamanı baş verib.

Onun kral Salman bin Əbdüləziz əs-Səud ilə görüşündən öncə hər iki ölkənin himni səsləndirilib.

Rusiya himnini ifa edən kral orkestri notları səhv saldığından musiqini alt-üst ediblər: nəticədə himn uğursuz imrovizasiyaya bənzəyib.

Buna baxmayaraq Putin soyuqqanlıqla himni axıra kimi dinləyib.