II Yelizaveta ənənələri pozdu: kraliçaya tacı ağırlıq edir – FOTO

04:18 15-10-2019 854

Britaniya kraliçası II Yelizaveta ilk dəfə olaraq qədim ənənəni pozub.

The Sun” xəbər verir ki, parlament qarşısında ənənəvi çıxış zamanı kraliça tacını taxmayıb.

Ehtimala görə, tac 93 yaşlı kraliçaya ağırlıq edir. Britaniya krallığnın tacı minlərlə brilliant, zümrüd və safirlərlə bəzədilib və ümumi çəkisi 1,3 kiloqramdır.

Kraliça parlamentdəki  mərasimə tacın əvəzinə IV Qeorqun diademasını geyinib. Tac isə kral hakimiyyətinin simvolu kimi balışın üstündə zala gətirilib.

Bu kraliçanın parlamentdə 65-ci nitqi olub.