Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

10:36 15-10-2019 617

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb. 

HerGun.Az xəbər verir ki, yığmamızın aktivinə mükafatı triatlonun akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levkovskayadan ibarət ukraynalı cütlük yazdırıb.

Onlar qarışıq cütlükdə finiş xəttinə üçüncü çatmaqla bürünc medala yiyələnib. R.Pevtsov və K.Levkovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı və macarıstanlı idmançılardan geri qalıb.  

Qeyd edək ki, bunadək akvatlonun fərdi mübarizəsində dünən Kseniya Levskovskaya gümüş və Rostislav Pevtsov bürünc medal qazanıb. Həmçinin, Pənah İlyaslı (-70 kq) çimərlik güləşində ikinci olub. Bununla da Azərbaycan iki gümüş və iki bürünc medal qazanıb.