“Batman” ekranlara qayıdır: “Pişik qadın” rolu ona həvalə edildi - FOTO

12:36 15-10-2019 906

Amerikalı aktrisa və model Zoe Kravitz şöhrəti sərhədlər aşan “Batman”in növbəti hissəsində “Pişik qadın” rolunu canlandıracaq.

Variety”nin yaydığı məlumata görə, sözügedən rola Ana de Armas, Ella Balinska və Aisa Qonzalez də çəkilmək iddiasında olublar.

Yeni superqəhrəman filmi 2021-ci ilin yayında böyük ekranlara çıxacaq.

Daha əvvəl isə məlum olub ki, “Batman” obrazını məşhur Hollivud aktyoru Robert Pattinson oynayacaq, məşhur ekran əsərinin rejissoru isə “Meymunlar planeti” və “Bədheybət”i lentə alan Matt Rives olacaq.

Rəşad Əliyev