Azərbaycan nə baş verdiyini anlayır - Duqin Türkiyənin Suriyadakı əməliyyatlarını şərh edir

13:09 15-10-2019 545

Oktyabrın 9-da Türkiyə Suriyanın şimalında “Barış pınarı” əməliyyatını başlayıb. 

Rusiyalı filosof və publisist, Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin Media.Az-ın suallarını cavablandırarkən deyib ki, Türkiyənin regiondakı əməliyyatları maraqlı geosiyasi layihə, üstəlik, son illərin ən vacib hadisələrindən biridir:

“Türkiyə hərbçilərinin Suriyada görünməsi faktı Rusiya təyyarəsi vurulmazdan əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə ən yüksək səviyyədə müzakirə edilib. O zaman söhbət Recavdan deyil, Afrindən gedirdi. Buna görə də Vladimir Putin aydın şəkildə deyib ki, Türkiyənin milli maraqlarını təmin etmək və kürd terrorçulara qarşı durmaq səbəbəindən Moskva bu hərbi əməliyyatlara qarşı olmayacaq. Bu, Türkiyə üçün prinsipial əhəmiyyət kəsb edirdi”. 

Onun sözlərinə görə, kürd terrorçularına qarşı mübarizə Ankaranın əsas narahatlığıdır:

“Rusiya Türkiyənin bu əməliyyatlarını açıq dəstəkləyə bilməz. Kürdlər də bizim düşmənimiz deyil. Ancaq kürdlərin arxasında Qərbin maraqları dayanır. Türkiyənin buna görə kürdlərin maraqlarını dəstəkləyən Qərblə münasibətləri gərginləşir. Rusiya birbaşa bu fəaliyyəti dəstəkləyə bilməz. Bu, İranın da maraqlarında deyil. Burada maraqlı məqam var: kim və necə öz narazılığını və narahatlığını ifadə edir. Hər şey Türkiyənin Qərbə münasibətlərinin gərginləşməsinə, Ankaranın Şimali Atlantika Alyansından çıxmasına doğru gedir”.

ABŞ Prezidenti Donald Trampın Türkiyənin əməliyyatlarına qəribə reaksiyasını şərh edərkən politoloq bildirib ki, əslində, Ağ Ev rəhbəri dərin strateji siyasət yeridir:

“Ancaq o, Yaxın Şərqə inteqrasiyaya qarşıdır. ABŞ-ın hazırkı prezidenti amerikalı təcridçidir. O, xələflərinin yaratdığı geoloji struktura görə cavab vermək istəmir. Kürd xalqına kömək etmək sabiq administrasiyaya aiddir.

Tramp isə bu planları dəstəkləmir. O, heç vaxt Kürdüstana dəstək, Suriyaya hücum miflərini dəstəkləməyib. Ağ Ev rəhbəri amerikalı əsgərləri Suriyadan çıxarmaqla, digər problemləri həll etməyə çalışır.

Bundan başqa, Tramp türk ordusu ilə toqquşmaq istəmir. Amerika-Türkiyə münaqişəsində Türkiyənin tərəfində Rusiya və İran olacaq. Buna görə də Donald Tramp özünün olmayan intriqaya görə cavab vermək istəmir. 

Digər tərəfdən, ABŞ qoşunları Yaxın Şərqdədir. Əlbəttə, Ərdoğanla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Buna görə vəziyyət gərgindir. Donald Tramp Türkiyəni NATO-da saxlamaq üçün kəskin qərarlardan çəkinmək istəyir”.

Sonda politoloq Azərbaycanın Rusiya, Türkiyə, İran və digər ölkələrin yaxın qonşusu olması səbəbindən nə etdiyini anladığını bildirib.