Nazarbayev “Türk Şurasının ömür boyu fəxri sədri” oldu

14:09 15-10-2019 568

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevə “Türk Şurasının ömür boyu fəxri sədri” statusu verilib. 

“Haber Global” xəbər verir ki, status Nazarbayevə Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə təqdim edilib. 

Məlumatlara görə, Türk dünyasını birləşdirmə səylərinə verdiyi böyük töhfələrə görə Nazarbayev bu statusa layiq görülüb. 

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır. İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. 

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.