“CinemaPlus”da “Malefisenta: Qaranlıq şahzadəsi” filmi nümayiş olunacaq - VİDEO

16:09 15-10-2019 943

Oktyabrın 17-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Malefisenta: Qaranlıq şahzadəsi” filminin nümayişinə başlanılacaq.

ABŞ istehsalı olan “Malefisenta: Qaranlıq şahzadəsi” filminin rejissoru Xoakim Ronninqdir. Baş rollarda Ancelina Coli, David Gyasi və Ell Fanninq oynayıblar. 130 dəqiqəlik filmdə yaş həddi “6+”dur.

Film haqqında qısa məlumat: Bu hadisə Malifisenta Şahzadə Avroraya qara cadu edəndən bir neçə il sonra baş verir. Film qaranlıqlar şahzadəsi ilə gələcək kraliça arasındakı qarışıq münasibət, sehrli meşəni və içərisində yaşayan sehrli məxluqları qorumaq uğrunda yeni müttəfiqlər və rəqiblərdən bəhs edir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.