Prezident deputatı təltif etdi

16:36 15-10-2019 504

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsa Əkbər oğlu Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC xəbər verir. 

Qeyd edək ki, İ.Həbibbəyli AMEA-nın həqiqi üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Milli Məclisin deputatıdır. 

Oktyabrın 16-da İ.Həbibbəylinin 70 yaşı tamam olur.