Azərbaycanlı iş adamı dəhşətli avtomobil qəzasında öldü - FOTO

11:27 16-10-2019 557

“Ruslada” qənnadı fabrikinin azərbaycanlı sahibi Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətinin Plastov rayonunda avtoqəza zamanı ölüb. 

HerGun.Az xəbər verir ki, hadisə zamanı biznesmenin olduğu avtomobil yoldan çıxaraq aşıb.

Süleymanovun sürücüsünün ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib. 

Məlumatlara görə, qəza Yujnoural-Maqnitoqorsk magistralının 24-cü kilometrliyində qeydə alınıb. “Toyota Land Cruiser 200” markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarındakı dərəyə yuvarlanıb. 

A.Süleymanov Rusiyanın tanınmış iş adamlarındandır. O, 1960-cı ildə Azərbaycanda doğulub və Azərbaycan Memarlıq və İnşaat İnstitutunun bitirib. 1995-ci ildə Çelyabinskə köçüb. 

O, “Kolos”, “Rusladko”, “Malinkin” və “Limerick” markalarının sahibidir.