Şəkidə yük maşını piyadanı vurdu - FOTO

17:36 16-10-2019 457

Şəkidə yük maşını piyadanı vurub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı yük maşını yolu keçmək istəyən kənd sakini - 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyn Yunus oğlunu vurub. 

Bədən xəsarətləri alan piyada dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Fakt araşdırılır.