Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

20:18 16-10-2019 438

Bərdədə iribuynuzlu heyvanların ölünü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.  

“Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yola çıxan dörd camışı vurub.  

Heyvanlar hadisə zamanı ölüb.  

Faktla bağlı araşdırma aparılır.