Tovuzda VAZ-lar toqquşdu, dörd nəfər yaralandı - FOTO

23:18 16-10-2019 340

Tovuz rayonunda yol qəzası qeydə alınıb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qazqulu kəndində baş verib. 

İlkin məlumatlara görə qəza zamanı “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. 

Hadisə zamanı dörd nəfərin xəsarət aldığı bildirilir. 

Bunlar Sadıqov Ruslan Niyazi oğlu, İsayev Mirzə Komsomol oğlu, Qarayev Səxavət Bakir oğlu və Məmmədov Natiq Tofiq oğludur.  

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. 

İlkin məlumata əsasən, qəzaya səbəb yüksək sürət olub. 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.