“Maşın”da qalmaqal: Lalə Suna ilə “atışdı” - VİDEO

23:54 16-10-2019 569

“Maşın”da mübarizə davam edir.  

HerGun.Az xəbər verir ki, şounun gedişində Ramal Sunaya səslənərək birlikdə əllərini çəkib oyundan çıxma ideyasını irəli sürüb.  

“Qoy avtomobil Laləyə qismət olsun”, - deyən İsrafilov Kasımoğlunu özündən çıxarıb.  

“Əgər getmək istəyirsənsə, əlini götür, çıx get, mən hansı səbəbə görə əlimi çəkib, Laləyə avtomobili bağışlamalayam?”, - deyən aparıcı əsəbini büruzə verib. 

Ardınca Lalə söhbətə qarışaraq, Sunaya söz atıb. Bundan sonra ikilinin arasında qalmaqal yaşanıb.  

Mustafayeva rəqibini ağır sözlərlə “sancıb”:  

“Lalənin anası şou ərzində üç dəfə şok yaşadı. Laləni sevən tamaşaçılar səs göndərdiklərinə görə bütün pullarını xərclədilər. Lalə burada “mikro infarkt” keçirdi. Suna isə bunları görüb heç bir reaksiya belə vermədi. Sadəcə susdu. İndi də deyir ki, “niyə yapıyım, yapmıyıcam”. 

Suna isə söz altında qalmayıb: “Haqlı və ya haqsız bu yola gəlməyim, vecimə belə deyil. Çöldə görüşməyəcəyim insanlardan biri də sənsən. Səninlə danışmaq istəmirəm, nə burada, nə də çöldə”.  

Lalə isə məsələyə belə nöqtə qoyub:  

“Məni haqsız çıxartmaq olar, amma sözün düzünü deyəndə Sunanın xoşuna gəlmir”.

  

Rəşad Əliyev