Məkkədən Mədinəyə gedən avtobus yandı – 36 zəvvar öldü

05:45 17-10-2019 491

Səudiyyə Ərəbistanında baş verən ağır yol qəzasında azı 36 zəvvar ölüb.

TASS xəbər verir ki, qəza Məkkə ilə Mədinəni biləşdirən yolda olub.  

Asiya və Yaxın Şərq ölkələrindən gələn zəvvarları daşıyan avtobus yük avtomobili ilə toqquşub. Nəyicədə avtobus tamamilə yanıb.

Qəzada azı 36 zəvvar həlak olub. Hadisə zamanı avtobusda 39-40 nəfər olub. Onların 4-ü xəstəxanaya yerləşdirilib.