Peru Amerika Kubokunun yarımfinalına çıxdı

02:54 30-06-2019 582

Braziliyanın Salvador şəhərinin "Fonte-Nova" stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Peru və Uruqvay yığmaları qarşılaşıb.

HerGun.Az bildirir ki, matç zamanı uruqvaylılar 3 qol vursalar da, oyunun əsas hissəsi 0:0 hesabı ilə başa çatıb. Belə ki, görüşün baş hakim ofsaytlara görə qapıdan keçirilmiş heç bir topu qeydə almayıb.

Oyunsonrası penalti seriyası isə Peru millisinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək yarımfinal görüşündə Peru yığması ilə Çili millisi qarşılaşacaq. Bir gün sonra isə yarımfinalda Braziliya və Argentina komandaları görüşəcəklər.

Amerika kuboku iyulun 7-də başa çatacaq.